İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyada terror ehtimalına görə təhlükəsizlik tədbirləri gücləndirilib

387 09.06.2024 12:00 Dünya A A

Çexiya polisi mümkün terror aktı ilə bağlı məlumatlara görə ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

"Report" xəbər verir ki, bu barədə "Idnes" xəbər portalı məlumat yayıb.

Portala görə, vağzallarda, ictimai nəqliyyatda və ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri Vit Rakuşan bildirib ki, polis profilaktik təhlükəsizlik tədbirləri görür.

"Şübhəli şəxs saxlanılıb, lakin buna baxmayaraq, ehtiyat tədbiri olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - nazir özünün sosial şəbəkə hesabında yazıb.

Təfərrüatlar barədə Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra ictimaiyyətə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR