İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya ukraynalı qaçqınlara vətənlərinə qayıtmaları üçün pul ödəyəcək

304 03.06.2024 13:18 Dünya A A

Çexiya ukraynalı qaçqınların evlərinə qayıtması üçün pul ödəyəcəyi pilot layihəyə başlamaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə iyunun 2-də Çex radiosu məlumat yayıb.

“Çexiya Daxili İşlər Nazirliyi könüllü qayıtmaq üçün pilot layihəyə başlayır, bunun sayəsində qaçqınların avtobus biletləri ödəniləcək və xəstələr təcili yardım maşınında daşınacaq. Pilot layihə iyundan noyabr ayına qədər davam edəcək”, - materialda bildirilir.

Qeyd edildiyi kimi, təşəbbüs 400 qaçqının biletlərinin ödənilməsini və 30-a qədər xəstənin tibbi briqada ilə daşınması təşkilini nəzərdə tutur.

Apreldə Çex Respublikasının ictimai rəyin öyrənilməsi üzrə milli mərkəzi sorğuda iştirak edən ölkə sakinlərinin 59%-i hesab edir ki, respublika Ukraynadan dövlətin imkanlarından daha çox sayda qaçqını qəbul edib. Müsahibələrdə 15 yaşdan yuxarı 966 vətəndaş iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR