İnsanlara hürriyət, millətlərə istiqlal!

Çernobbioda enerji söhbətləri – Prezident Əliyevdən Avropaya “xilasedici kəmər” layihəsi

3412 02.09.2022 23:25 Analitika A A

The European House – Ambrosetti idarəetmə-məsləhət xidməti sahəsində aparıcı şirkətlərindən və beyin mərkəzlərindəndirr. 1965-ci ildən İtaliyada fəaliyyət göstərən şirkət bu ölkənin hüdudlarından kənarda da məşhurdur, Avropa və digər coğrafi məkanlarda kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə görə bu şirkət İtaliyada birincidir, Avropada isə ilk onluğa düşür.

Xəzərdən Avropaya uzanan “qızıl” kəmər

The European House – Ambrosetti İtaliya və Avropa şirkətləri üçün mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliyan şirkətlərinin Asiya və Afrikadakı tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir.

Bu gün İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak və çıxış edib. Dövlətimizin başçısı "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edən zamanı bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb: “Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik".

Без названия.jpg (9 KB)

Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu qeyd edən Prezident deyib: "Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq".

Bundan başqa, Prezident İlham Əliyev forumda Azərbaycan-İtaliya əlaqələrindən də bəhs edib. Prezident İtaliyaya budəfəki səfərinin çox uğurlu keçdiyini vurğulayaraq bildirib ki, səfər zamanı İtaliyanın Prezidenti və Baş naziri ilə görüşlər keçirib və bu görüşlərdə iki ölkə arasında sıx strateji tərəfdaşlıq münasibətləri ilə bağlı bir çox məsələləri müzakirə olunub.

Qeyd edək ki, bu görüş İtaliya və Azərbaycan rəhbərləri arasında indiyədək baş tutan görüşlərin davamıdır. İtaliyaya artıq 7-ci dəfə səfər edən Prezident İlham Əliyev bundan əvvəlki baş nazir Cüzeppe Konte ilə də görüşüb və ikitərəfli sazişlər imzalayıb, həmçinin iki ölkə arasında aktiv siyasi dialoqu davam etdirib.

İtaliyanın öncül universitetləri və təhsil dəryasındakı ADA

333.jpg (171 KB)


Dövlət başçımız deyib ki, budəfəki görüşlərimiz zamanı biz ikitərəfli gündəliyimizə yeni və çox mühüm məsələlər əlavə etdik: “Bunlardan biri də təhsil sahəsidir. Biz görüşlərimiz zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr apardıq".

Dövlət başçımızın səfəri zamanı təhsil mövzusuna xüsusi diqqət yetirilib. “İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında akademik əməkdaşlığa dair saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino mübadilə ediblər. Analoji saziş ADA ilə Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti, Milan Politexnik Universitetinin arasında da imzalanıb.

Bu, əməkdaşlıq sazişləri Azərbaycan üçün çox əhəmiyyətlidir. Dünyanın ən inkişaf etmiş 8 ölkəsindən biri olan İtaliya G-7 təşkilatının üzvü olaraq öz iqtisadi və sənaye uğurlarını nümunəvi təhsil sistemi sayəsində qazanıb. Bu baxımdam bizim bu ölkənin təhsil sistemindən yararlanmağımız faydalı olacaq.

prezident_merasim_010922_001.jpg (105 KB)

Prezident İlham Əliyev bu mövzuya toxunaraq bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır: “İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur”.

Daha sonra Prezident deyib: “Biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq”.

Dünya alternativ enerji axtarır və... tapır

21-ci əsrin ilk onilliklərində dünyada ənənəvi enerji resursları ilə yanaşı, alternativ enerji mənbələrinin axtarışı üçün intensiv işlərin aparıldığı heç kəsə sirr deyil.

495696cfc800171a5b19f865a82fd749.jpg (330 KB)

Azərbaycan Prezidenti İlham Əliyev 48-ci beynəlxalq Çernobbio Forumunda bu barədə də danışaraq deyib ki, artan enerji tələbatını ödəmək üçün sıx əməkdaşlığa və koordinasiyaya ehtiyac var. “Biz bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlamışıq. Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”, - deyə dövlətimizin başçısı bildirib.

Başqa sözlə, bərpa olunan enerji qaynaqları üzrə texnologiyaların inkişafı yeni əsrin mühüm çağırışlarıdır və Azərbaycan bu sahədə ön yerlərdə olmaq əzmindədir.

Avropanın qızınması üçün qitəyə qaz vurub qazanmaq layihəsi

Dövlət başçısı onu da qeyd edib ki, enerji təhlükəsizliyi artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilib.

665.jpg (56 KB)

Ukrayna-Rusiya müharibəsi göstərdi ki, ayrı-ayrı dövlətlər öz enerji təhlükəsizliklərini təmin etməkdə çətinlik çəkir, bu zaman münaqişə iştirakçılarından asılı vəziyyətə düşürlər. Azərbaycan Prezidenti təbii qaz məsələsi nin Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrildiyini qeyd edərək deyib ki, Yunanıstan-Bolqarıstan interkonnektoru ilə yanaşı İonik-Adriatik boru kəməri vasitəsilə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək.

Dövlətimizin başçısı deyib ki, son dövrdə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub.

Avropa mediasının diqqət mərkəzində

Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu kontekstdə o xatırladıb ki, Azərbaycana qarşı beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. O, beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

ita.jpg (315 KB)

44 günlük müharibə zamanı və ondan sonra dünyanın ən məşhur telekanal və informasiya agentliklərinə müsahibələr verərək, özünün maraqlı müsahib olduğunu bütün Avropada sübut edən Prezident Əliyevin forumdakı çıxışı bu dəfə də auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Forum çərçivəsində cənab Prezident İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR