İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqaz üçün fəlakət ssenarisi – Ermənistanın tamamən işğal olunması GÜNDƏMDƏ VİDEO

826 19.02.2024 21:05 Ölkə A A

“Kreml dəfələrlə mesaj verib ki, vəziyyəti belə qoymayacaq, Cənubi Qafqaza başqa oyunçuların, o cümlədən Qərb dövlətlərinin girməsinə imkan verməyəcək. Rusiya xüsusən də ABŞ və Fransanın bölgəyə daxil olaraq sərhədlərdə yerləşməsinə çox dözümsüz yanaşır”.

Medianews.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu “Tv Musavat”ın canlı efirində Sevinc Telmanqızına müsahibəsində bildirib.

O qeyd edib ki, kənar xarici qüvvələrin regiona müdaxiləsinin qarşısının alınması üçün Moskvada ən ağılasığmaz ssenarilər müzakirə olunur.

Əməkdar urnalistin sözlərinə görə, Rusiya hətta Ermənistanın tamamən işğalı məsələsini də nəzərdə tutur: “Kreml üçün Ermənistanın tamamən işğalı, yaxud da rusiyalı hərbçilərin Zəngəzuru zəbt etməsi məsələsi gündəmdədir. Bunun üçün Azərbaycanın razılığı, layihədə iştirakı tələb olunur. Lakin rəsmi Bakı bu təxribata getmir. Qərbdə belə bir ssenaridən xəbərdardırlar. Hələ Xankəndidə antiterror tədbirləri həyata keçirilməzdən öncə Rusiya Azərbaycanı belə bir təxribata çəkməyə, müharibəyə təhrik edib. Çünki Azərbaycanın iştirakı olmadan Rusiyanın Zəngəzur hərbi əməliyyatı keçirməsi mənasızdır”.

(Mətn Medianews.az-a aiddir)

Daha ətraflı videomüsahibədə:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR