İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyada sənaye robotu adam öldürüb

1107 10.11.2023 13:13 Dünya A A

Cənubi Koreyada robot işlədiyi zaman yemək qutusu ilə səhv saldığı bir adamı əzərək öldürüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, insident barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Qəza noyabrın 8-nə keçən gecə Donqsanqnam-do əyalətindəki Donggoseong şirkətinə məxsus kənd təsərrüfatı paylama mərkəzində baş verib.

Robotexnika şirkətinin mütəxəssisi sınaqdan əvvəl bolqar bibəri qutularını qaldıran və altlıqlara yerləşdirən robotun sensorlarının işini yoxlamaq üçün mərkəzə gəlib. Yoxlama "sensorlarla bağlı problemlər" səbəbindən vacib olub.

İlkin versiyaya görə, sistemdəki nasazlıq ucbatından robot qutu ilə adamı səhv salıb və bədəninin yuxarı hissəsini konveyer lentinə sıxaraq onu “özünü azad etmək üçün fiziki imkandan məhrum edib”. Zərərçəkən döş qəfəsindən və üzündən aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Onun yaşı 40-ı yenicə ötübmüş.

Polis şirkətin əməyin mühafizəsi əməkdaşlarının səhlənkarlığı ilə bağlı araşdırma apardıqlarını bildirib. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR