İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbhədə SON vəziyyət: Məhv edilən ermənilərin adları AÇIQLANDI - CANLI

2620 01.09.2023 15:55 Son xəbər A A

Ermənistan sərhəddə məhv edilən erməni hərbçilərin adlarını açıqlayıb. Musavat.com bildirir ki, Andranik Arşak oğlu Antonyan, Arsen Aleksandr oğlu Mkrtçyan bu gün sərhəddə zərərsizləşdiriliblər.

Rusiya sülhməramlı kontingentininin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat və digər təminat vasitələri daşınması davam edir.

Musavat.com xəbər verir ki, aşağıdakı görüntülər bu gün – sentyabrın 1 tarixində çəkilib.

Görüntülərdə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlı kontingentininin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat və digər təminat vasitələri daşındığı görünür.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.

Bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Laçın dəhlizinin tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib.

Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə cəbhədəki vəziyyəti müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR