İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Quliyev Bəxtiyar Vahabzadənin “Deprem” şeirinə musiqi yazdı - VİDEO

3767 12.02.2023 19:15 Gündəm A A

1999-cu il, avqustun 17-sində Türkiyədə baş verən və 17 mindən çox insanın ölümü, 40 mindən artıq insanın yaralanmasından sonra Xalq şairi Bəxtiyar Vahabzadə zəlzələdə həlak olanların xatirəsinə “Deprem” şeirni həsr etmişdi. 2023-cü ilin 6 fevral zəlzələ dəhşətlərindən sonra mərhum Xalq şairimizin şeiri tez-tez xatırlanır, məşhur qiraət ustaları tərəfindən səsləndirilir.  

Musavat.com xəbər verir ki, böyük bəstəkarımız Cavanşir Quliyev B.Vahabzadənin “Deprem” şeirinə musiqi yazıb və fotropianonun müşayiəti ilə ifa edərək sosial şəbəkədəki səhifəsində səsləndirib.

Ürəkləri parçalayan sözlərə yazılmış sənət əsərini təqdim edirik:

Əlavə edək ki, B.Vahabzadənin “Deprem” şeiri tam şəkildə belədir:

Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.

Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.

Öz hökmü var hər zamanın, hər anın,
Yaman gündə yanındayıq biz sənin.
Ana yurdda Vətənimsən, Vətənim,
Vətənimdə vətəndaşım, Türkiyə.

Tarix boyu bu əhdimiz pozulmaz,
Türk milləti xar olmamış, xar olmaz.
Hər bəladan türkün beli qırılmaz,
Sən ey mənim can sirdaşım, Türkiyə.

Sən çıxmısan tarixdə çox sınaqdan,
Dönməmisən nə gerçəkdən, nə haqdan.
Ey zamanın yollarında hər zaman
Mənim arxam, yol yoldaşım, Türkiyə.

Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, əməldaşım, Türkiyə.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR