İnsanlara hürriyət, millətlərə istiqlal!

Canyataq kəndində 1 erməni yaralandı

862 03.09.2023 17:20 Region A A

Keçmiş Ağdərə rayonu ərazisində atəş səsləri eşidilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Canyataq kəndi ərazisində qanunsuz erməni hərbi birləşmələrinin “hərbçi”si yaralanıb. Qeyd edək ki, adıçəkilən kənd Tərtər rayonunun ərazi vahididir.

Ermənilər “atəşkəs rejimi”nin saat 14.20 radələrində pozulduğunu, erməninin Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını iddia edib.

Bildirilir ki, hazırda yaralının həyatı üçün təhlükə yoxdur, “təmas xətti”ndə vəziyyət nisbətən stabildir.

Ermənilər yaralının şəxsiyyətini açıqlamayıb. İstisna deyil ki, əsas məqsəd Azərbaycanı ittiham etmək cəhdidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR