İnsanlara hürriyət, millətlərə istiqlal!

Cansu Bektaş: "Dəvət üçün cənab İlham Əliyevə təşəkkür edirəm"

577 27.04.2023 17:51 Son xəbər A A

"Bizi buraya dəvət etdikləri üçün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür edirəm".

"Report" xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Bakıda qarşılama zamanı deyib.

20 yaşlı idmançı gözəl qarşılanmaya görə xoşbəxt olduğunu bildirib: "Özümlə qürur duyuram. Türkiyə hər zaman dost və qardaşdır. Azərbaycan xalqını çox sevirəm. Federasiya prezidenti Talat Ünlüyə də təşəkkür edirəm. Onun sayəsində buraya gəlmişik. Mən medalımı Azərbaycana həsr etdim. Bunu mənim ağlıma gətirən də Talat Ünlü idi. Dostum Nazilə İsmayılovaya söz vermişdim. Sözümü tutduğum üçün də sevinirəm".

Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova isə öz növbəsində həmkarının Bakıya gəlməsinə görə çox sevindiyini söyləyib: "Bunun üçün şad oldum. Cansu ilə yaxşı dostluğumuz var. Ondan çox razıyam. Həmişə var olsun, onu çox istəyirəm. Dostluğumuz Türkiyədəki İslam Həmrəylik Oyunlarında başlayıb".

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun və federasiya nümayəndələri Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR