İnsanlara hürriyət, millətlərə istiqlal!

Canlı yayıma çıxıb dostunu öldürən adamı axtarırdı, qatil özü çıxdı - FOTO, VİDEO

1262 26.11.2022 15:22 Kriminal A A

Məşhur türkiyəli aparıcı Müge Anlının verilişində şok anlar yaşanıb.

Musavat.com xəbər verir ki, canlı efirə çıxıb dostunun qatilinin tapılmasını istəyən şəxs barədə açıqlanan detallar hər kəsi heyrətləndirib. 

Belə ki, dostunun öldürüldüyünü bildirən və qatilin tapılmasını tələb edən Ersin Koç polis tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Məlum olub ki, Erdal Sakız adlı şəxsi elə dostu Ersin Koç öldürübmüş. Qətli törətdiyini etiraf edən Ersin Koç tutularaq həbsxanaya göndərilib.

Müge Anlı'da kan donduran itiraf! Canlı yayında çıkıp arkadaşını öldüren kişiyi arıyordu, katil çıktı

Qeyd edək ki, Noyabrın 9-da Karasu vilayətinin Kurudere məhəlləsindəki evindən çıxan Erdal Sakızdan 10 gündür xəbər alınmayıb. O, noyabrın 19-da Hendek rayonunda öz avtomobilində ölü tapılıb. Mövzu ilə bağlı genişmiqyaslı araşdırmalara başlayan jandarma qrupları tərəfindən Erdal Sakızın tüfənglə vurularaq öldürüldüyü müəyyən edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR