İnsanlara hürriyət, millətlərə istiqlal!

BVF qlobal iqtisadiyyatın artan qeyri-müəyyənliklə üzləşdiyi barədə xəbərdarlıq edir

246 15.04.2023 11:25 Son xəbər A A

Qlobal iqtisadiyyat artan qeyri-müəyyənliklə üzləşir.

AZƏRTAC xəbər verir ki, bu xəbərdarlıq Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC - BVF-nin idarəetmə orqanı) sədri, İspaniya Baş nazirinin müavini Nadia Kalvinonun bəyanatında yer alıb. Bu sənəd Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) Vaşinqtonda başa çatan yaz sessiyasının yekunlarından sonra dərc olunub.

“Qlobal iqtisadiyyat dayanıqlılıq nümayiş etdirsə də, payızda müşahidə olunan ən pis makroiqtisadi göstəricilər reallaşmasa da, artan qeyri-müəyyənliklə üzləşir. Müsbət perspektivlər də zəif olaraq qalır və aşağı yönlü risklər artıb”, - IMFC rəhbəri açıqlamasında bildirib.

Sənəddə qeyd olunur ki, inflyasiya bir qədər səngiyib, lakin əsas qiymət təzyiqi sabit olaraq qalır.

“Əsasən həssas ölkələrdə borclanma artır, əhaliyə təsir edən ərzaq və enerji təhlükəsizliyi davam edir”, - bəyanatda deyilir.

IMFC sədri, həmçinin qeyd edib ki, dünyada bərabərsizliklər artır, iqlim sarsıntıları güclənir və parçalanma riskləri yüksəlir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR