İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzovnada qətlə yetirilən 83 yaşlı kişi əvvəl molla olub - TƏFƏRRÜATLAR

1942 30.11.2022 20:51 Kriminal A A

Musavat.com Xəzər rayonu Buzovna qəsəbəsində oğlu ilə birlikdə qətlə yetirilən 83 yaşlı Elbrus Muradov və ailəsi ilə bağlı bəzi təfərrüatlar əldə edib. Mərhumun qonşularının saytımıza bildirdiklərinə görə, E.Muradov əvvəllər mollalıqla məşğul imiş, hətta onun Quran açaraq fala baxdığı vaxtlar da olub.

E.Muradovun 52 yaşlı oğlu Rahil Muradov daun sindromundan əziyyət çəkib. Qonşular bildirirlər ki, R.Muradov hərdən yaxınlıqdakı qutulara zibil atmağa çıxanda atası da onunla birlikdə çıxırmış. R.Muradov hərdən yolda rastlaşdığı uşaqlarla ünsiyyətə girir, bəzən gərginlik yaradırmış. Buna görə də ata oğluna daim nəzarət edirmiş.

E.Muradovun eyni xəstəlikdən əziyyət çəkən digər oğlu uzun illər əvvəl vəfat edib.

Qonşular onu da qeyd ediblər ki, E.Muradovu xeyli kasıb adam kimi tanıyıblar. Bu rəyə əsasən onun geyim-keciminə görə gəliblərmiş. Buna görə də onların evindən 10 min manat və xeyli miqdarda qızılın oğurlandığını eşidəndə hamı təəccüblənib. Bu səbəbdən də qonşular hesab edirlər ki, oğurluğu edən ailənin imkanlarına bələd olan, yəni ailəyə yaxın olan şəxsdir. Eyni zamanda ailənin oğurluqda kimdənsə şübhələndiyi və polisə müraciətində həmin adamın adını qeyd etdiyi deyilir.

E.Muradovun oğlundan başqa iki qızı da var. Hadisə yerinə gəlib qatilin xəsarət yetirdiyi Elbrus Ağalarov da mərhumun qız nəvəsidir. Maraqlıdır ki, E.Ağalarov mətbuata babasıgilin qonşuluğunda yaşadığını bildirib. Musavat.com-a danışan qonşular isə bu barədə məlumatsız olduqlarını deyiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR