İnsanlara hürriyət, millətlərə istiqlal!

 "Bütün əlaqələrin kəsilməsi İran üçün şok effekti yaratdı"- Deputat

1459 13.04.2023 18:30 Siyasət A A


“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İran səfiri Seyid Abbas Musəvininin görüşünün İran tərəfinin təşəbbüsü ilə baş tutması mümkündür. Ola bilər İran hesab edirdi ki, terror aktını məişət hadisəsi kimi qələmə verəcək, Azərbaycan isə diplomatik etiraz bildirməklə yenidən fəaliyyətini davam etdirəcək”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycanın qətiyyətli surətdə İranla bütün əlaqələri kəsməsi İran üçün şok effekti yaratdı: “Azərbaycan İranın normal münasibətlərdə olduğu tək-tük ölkələrdən biri idi. Azərbaycan heç zaman anti-İran proseslərində iştirak etməyib, ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyib. Azərbaycan İranla birgə layihələrin həyata keçirilməsi üçün dəfələrlə təşəbbüs irəli sürüb. Bunun qarşılığında qeyri-səmimi, dostluğa yaraşmayan, qonşuluğa sığışmayan münasibət görmüşük. Ermənistanın Azərbaycan ərazisini işğal etdiyi dövrdə Ermənistanı dəstəkləyən ilk dövlət İran oldu. Müharibə dövründə İranın öncə Azərbaycanı dəstəkləməsi, Vətən müharibəsindən sonra isə bütün situasiyalarda Ermənistanla bir mövqedən çıxış etməsi məlumdur. Səfirliyimizə terror aktından əvvəl İran hərbçiləri Azərbaycana qarşı vaxtaşırı hədə-qorxu gəlirdilər. Azərbaycan bu səbəblərə görə haqlı olaraq bütün əlaqələri kəsib".

Millət vəkili qeyd etdi ki, İran artıq xarici siyasətinin Azərbaycansız olmayacağı qənaətinə gəlib: “Azərbaycanla bütün layihələr dayandırılıb, məsələn ticarət əlaqələri minimuma enib. Münasibətlərin düzəlməsi üçün Azərbaycanın şərtləri bəllidir: "İranın üzr istəməsi, günahkarların cəzalandırılması və anti-Azərbaycan kampaniyasının dayandırılması. Təəssüf ki, biz hələ bunu görə bilmirik. İran tərəfi görüş üçün təşəbbüs irəli sürsə də, Azərbaycan prinsipial mövqeyini səsləndirir, ən azı normal qonşuluq münasibətləri gözlədiyini bildirir. Bu, hər iki tərəfin, ilk növbədə İranın marağındadır".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR