İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün dünyanın diqqətini çəkən FOTONUN SİRRİ - Putin Çinə BU MESAJI verdi

1496 18.04.2023 16:17 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsinin kölgəsində Qərblə Moskva arasında davam edən dueldə Çini öz tərəfinə çəkmək üçün yeni addımlar atıb.

Musavat.com xəbər verir ki, Putin Çin-Tayvan probleminə işarə edərək, bölgədə müharibə başlayarsa, Rusiyanın Sakit Okean donanmasının münaqişəyə qarışa biləcəyini deyib.

Qeyd edək ki, ötən gün Rusiyada pravoslavların Pasxa bayramı qeyd olunarkən Kreml Sarayında mühüm toplantı baş tutub. Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedən Çinin müdafiə naziri Li Şanfu Putin tərəfindən yüksək səviyyədə qarşılanıb.

643dbe2b4e3fe1068872a224.jpg (79 KB)

Diqqət çəkən məqam odur ki, Putinin daha əvvəl qonaqlarına tətbiq etdiyi 9 metr uzunluğunda masa protokolu pozulub və görüş cəmi 3 metr məsafədə baş tutub.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın yeni strateji ölçü qazandığını bildirən Putin Çinə Tayvanla gərginlik məsələsində “arxanızdayıq” mesajını verib.

Rusiya lideri Rusiya donanmasının Sakit Okean bölgəsində genişmiqyaslı təlimlər keçirdiyini xatırladıb: "Bölgədə alovlana biləcək bir qarşıdurmada Rusiya Sakit Okean donanması müəyyən şərtlər daxilində döyüş gəmiləri ilə müdaxilə edə bilər".

Xatırladaq ki, ötən ay Moskvaya səfər edən Çin lideri Si Cinpin Ukrayna müharibəsində neytral mövqe tutduğu üçün tənqidlərə məruz qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR