İnsanlara hürriyət, millətlərə istiqlal!

Bursa millət vəkilindən möhtəşəm Şuşa açıqlaması - Video, fotolar

849 04.11.2022 13:04 Region A A

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bursa şəhərində 2-ci "Qorqud Ata" Türk Dünyası Film Festivalına həsr olunmuş konfrans keçirilib.

Konfransda türk dünyasından gəlmiş 200-dən artıq qonaq, rəsmi şəxslər, kino xadimləri iştirak ediblər. Əvvəlcə ötənilki Film Festivalı ilə bağlı unikal kadrlar, film nümunələri, həmçinin türk tarixinin möhtəşəm parçası, cənnət Bursanın gözəlliklərinə həsr olunmuş kadrlar təqdim edildi. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan möhtəşəm ev sahibliyi üçün Bursa valiliyinə, türk dünyası mədəniyyətinə diqqətinə görə, Cümhurbaşqanına təşəkkürünü bildirdi.

Bursa valisi Yaqub Canpolad hər kəsi sevgi və sayğı ilə salamladı, Film Festivalının önəmi barədə fikirlərini söylədi. Qeyd etdi ki, 52 filmin nümayiş olunacağı Film Festivalı 2023-cü ildə Azərbaycanda, Şuşada keçiriləcək. Yaqub Canpolad türk dünyasının 2022-ci il mədəniyyət paytaxtı olan Bursada qonaqları qarşılamaqdan məmnun olduğunu söylədi. Millət vəkilləri Mətin Gündoğdu, Osman Mesten çıxışlarında Şuşadan da bəhs etdilər. Bildirdilər ki, növbəti il mədəniyyət paytaxtı Şuşada olmaq çox gözəldir. Bursa millət vəkili Mustafa Esgin 2023-cü ildə Şuşa şəhərində düzənlənəcək festivala görə təbriklərini çatdırdı. Bildirdi ki, Şuşa şəhəri 30 illik işğaldan sonra yenidən özünün əvvəlki statusunu qaytarmış oldu ki, bu da türk dünyası üçün çox böyük hadisədir.

Qazaxıstan, Özbəkistan və digər ölkələrin təmsilçiləri də çıxış edib, Film Festivalı barədə fikirlərini bölüşdülər.

Azərbaycan sevdalı Bursa millət vəkili Mustafa Esgin azərbaycanlı jurnalistlərə özəl açıqlamalar verdi.

Elşad Paşasoy,
Musavat.com
Bursa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR