İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu xalq nə zaman yaşamağa başlayacaq? Yoxsa...

1213 09.03.2024 09:51 Yazarlar A A

Bəli, ruslar hələ də belə hesab edirlər. Odur ki, bir neçə gündür onlar Rusiya prezidentinin Federal Məclisə müraciətini müzakirə edir və bunu cənab Putinin seçki platforması kimi dəyərləndirirlər.
Bəndəniz avtoritar liderləri qətiyyən sevmir. Amma inanın ki, bu dəfə məsələ heç də bunda deyil – biz hazırda Dünyaya yalnız demokratiya prizmasından baxsaq bu, çox əcaib-qəraib nəticələrə gətirib çıxarar, çünki Dünya hələ belə deyildir və dövlətlərin böyük əksəriyyətini heç də demokratiyalar təşkil etmirlər.

Amma çinlilərin məşhur bir sözü var. Onlar deyirlər ki, Mao Çini birləşdirdi, Den onu varlı, Si isə güclü etdi. Bəs Putin nə etdi bu illər ərzində? Bu adam indi, səhv etmirəmsə, dördüncü, ya da beşinci dəfə prezident olmağa hazırlaşır. Amma nə edib bu illər ərzində?

Bəli, Rusiyanın xarici banklarda bir neçə yüz milyard dollarlıq aktivləri (səhv etmirəmsə, 300 milyard!) vardı. Hazırda onların hamısı dondurulub, üstəgəl, bu vəsaitin müharibə aparan Ukraynaya verilməsi müzakirə olunur. Odur ki, Putinin Rusiyaya töhfəsini qəti başa düşmək olmur. Bəli, Rusiyadan və ruslardan söhbət düşəndə ağlımızdan qeyri-ixtiyari olaraq bir sual keçir: axı bu insanlar, bu millət nə vaxt yaşayacaq? Yoxsa onların alnına bir tale yazılıb: əbədi olaraq rusiyalı siyasətçilərin geosiyasi ambisiyalarının “vinti” olmaq?

Bir-iki həftə bundan əvvəl Rusiya daha bir müxalifətçisini itirdi. Ölkə sanki müəmmalı siyasi qətllər girdabına yuvarlanıb. Qərb artıq bəyan edib ki, Putinin prezident seçkilərinin nəticələrini qəbul etməyəcək və bu cür bəyanatların hansı siyasi nəticələrə gətirib çıxara bilməsə bir azacıq qaranlıq olsa da, bir məsələ aydındır: Rusiya ilə Qərb arasındakı siyasi uçurum dərinləşir və əgər fors-major hadisələr baş verməzsə, məsələn, ABŞ-da Donald Tramp kimi siyasətçilər hakimiyyətə gələməsə hazırki uçrumun bir az da dərinləşəcəyi güman edilir.

Əlbəttə, bu konteksdə bizim üçün bir az başqa sual aktualdır: Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə aça bilərmi? Burada qeyd edək ki, əgər Rusiya nəşrlərinə inansaq, erməni baş naziri Nikol Paşinyan bu günlərdə hakim partiyanın gizli toplantısını keçirib və orada bəyan edib ki, Ermənistanın xarici siyasət kursunu kardinal şəkildə dəyişməyin vaxtı çatıb, çünki Qərb tərəfdaşları Rusiyaya qarşı siyasətin kəskinləşdirilməsini tələb edirlər. Rusiyaya gəldikdə isə, bu ölkə özünün balaca geosiyasi satellitinə arxa çevirib və onun problemlərilə demək olar ki, maraqlanmır – yəni ki, Ermənistanın Rusiyadan üz döndərməsi üçün ciddi əsaslar da var...
Əslində ermənilərin bu cür açıqlamalarında gizli heç nə yoxdur – Paşinyanın anti-Rusiya bəyanatları ilə çıxış etməsi adi hal alıb. Amma bu bəyanatlarda İrəvanın avro-ehtiraslarının dəqiq xətti görünmürdü və indi ilk dəfə bəyan edilir ki, Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına üzv olmaq üçün namizəd-dövlət statusu almağa çalışacaq və bunun üçün payıza qədər Aİ-nin müvafiq strukturlarına müraciət edəcək.

Nə demək olar bu xüsusda? Hər halda, Paşinyan tamam səfeh və axmaq adam deyil, yəqin Qərb dairələri ona müəyyən vədlər veriblər. Belədə isə İrəvanın avrointeqrasiya yolunda iki böyük maneə var və əlbəttə ki, bunun birincisi Rusiyadır. Təsadüfi deyil ki, Qərb siyasətçiləri və eləcə də diplomatları bildirirlər ki, onlara Ermənistanda digər post-sovet ölkələrilə müqayisədə daha çox işləmək lazım gələcək. İkinci problem Avropa İttifaqının özünə xas olan ətalətdir – baxın, Gürcüstan, Moldova və Ukrayna Aİ –a üzv olmaq nə qədər çalışırlar! Bir daha deyirik ki, geosiyasi mülahizələr Ermənistan üçün prosesi sürətləndirə bilər. Amma bu, ikibaşlı çubuq kimidir– cavab kimi Rusiyanın da İrəvana qarşı həmlə və müdaxilələri daha sürətli xarakter ala bilər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR