İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu smartfonu işlədənlərə XƏBƏRDARLIQ: Problemlə ÜZLƏŞƏCƏKLƏR

858 08.05.2026 16:38 Texnologiya A A

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” bir sıra köhnə smartfon modelləri üçün proqram təminatı dəstəyini rəsmən dayandırır.

Musavat.com xəbər verir ki, şirkətin yenilənmiş dəstək cədvəlinə əsasən, “Galaxy A13”, “Galaxy A23” və “Galaxy M33 5G” modelləri artıq rəsmi yeniləmə dövründən çıxarılıb.

Sözügedən cihazlar 2022-ci ildə “Android 12” əməliyyat sistemi ilə satışa çıxarılıb və təxminən dörd il ərzində mütəmadi yenilənmələr alıb. Hazırda bu modellər üçün müəyyən edilmiş standart dəstək müddəti başa çatmış hesab olunur.

Texniki göstəricilərə gəlincə, “Galaxy A13” və “Galaxy A23” modelləri son olaraq “Android 14” (One UI 6), “Galaxy M33 5G” modeli isə “Android 16” (One UI 8) əməliyyat sisteminə qədər yüksələ bilib.

Bundan sonra həmin smartfonlar üçün yeni sistem yeniləmələri və təhlükəsizlik paketləri buraxılmayacaq. Mütəxəssislər istifadəçilərə proqram təminatı yenilənməyən cihazlarda təhlükəsizlik risklərinin artdığını nəzərə almağı tövsiyə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR