İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada diplomatik skandal: Moldovanın səfiri Rusiya XİN-ə çağırıldı

698 26.06.2026 14:55 Dünya A A

Rusiya ilə Moldova arasında diplomatik gərginliyi pik həddə çatdıran növbəti hadisə baş verib. Moldovanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri rəsmi Moskva tərəfindən təcili olaraq Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, Rusiya XİN-in yaydığı rəsmi bəyanata görə, Moldova diplomatına Rusiya Federasiyasının diplomatik kuryerlərinin Kişinyov rəhbərliyi tərəfindən əsassız olaraq saxlanılması ilə bağlı qəti və kəskin etiraz notası təqdim olunub.

Nazirlikdən verilən məlumatda bildirilir ki, görüş zamanı səfirin diqqətinə Kişinyovun bu addımının beynəlxalq hüquq normalarına tamamilə zidd olduğu çatdırılıb: "Rusiya XİN-ə çağırılan Moldova səfirinə Kişinyov hakimiyyətinin diplomatik kuryerlərin fəaliyyəti haqqında Vyana Konvensiyasının 27-ci maddəsini kobud şəkildə pozduğu rəsmən bildirilib".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR