DÇ-2026-nın D qrupu üzrə keçirilən Türkiyə - ABŞ oyununda Arda Gülərin etdiyi hərəkət gündəm olub.
Türkiyəli ulduz topu Kristian Pulişiçin ayaqlarının arasından keçirib. Ardanın "nutmeg" hərəkəti sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, Türkiyə - ABŞ oyunu 3:2 hesabı ilə başa çatıb. Bu qarşılaşmada Arda Gülər də fərqlənən futbolçular sırasında olub. (Offsideplus.az)






