İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şirkətlər "X" sosial şəbəkəsində reklamı dayandıracaq

474 18.11.2023 21:48 Dünya A A

“Apple” şirkəti İlon Maskın şərhlərinə görə onun sahib olduğu "X" sosial şəbəkəsində reklamı dayandıracaq.

“The Guardian” qəzeti xəbər verir ki, “Apple”dan başqa bir sıra digər texnologiya və media şirkətləri də oxşar bəyanatla çıxış ediblər.

Onlar arasında “Lionsgate”, “Warner Bros”, “Paramount”, “Sony Pictures”, “Comcast/NBCUniversal”, həmçinin, IBM və “Disney” şirkətləri var.

İlon Mask bir müddət əvvəl “Yəhudi icmaları özlərinə qarşı dayandırmağı tələb etdikləri dialektik nifrəti ağdərililərə qarşı təbliğ edirlər” postuna “Siz doğru deyirsiniz” şərhini yazmışdı.

Bu şərh artıq Ağ evin də etirazına səbəb olub. Bundan əlavə, 150-dən çox ravvin İlon Maskın sözlərinə cavab olaraq böyük korporasiyaları "X" sosial şəbəkəsində reklamı dayandırmağa çağırıb.

“The Guardian” qəzetinin məlumatına görə, “Apple” İlon Maskın sosial şəbəkəni satın aldığı 2022-ci ilin noyabrına qədər bu sosial şəbəkədə reklam yerləşdirmək üçün ildə təxminən 100 milyon dollar xərcləyirdi.//Trend

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR