İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərə ŞAD XƏBƏR: Sentyabrın 1-dən maaşları ARTACAQ

2077 19.08.2022 10:45 Sosial A A

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən bu ilin sentyabrın 1-dən müəllim, direktor və müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr ediləcək.

Musavat.com xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov əlavələrin məbləği ilə bağlı "Xəzər Xəbər"ə bildirib ki, Nazirlər Kabineti qaydaları təsdiq etdikdən sonra detallar daha geniş şəkildə ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi sertifikatlaşmanın nəticəsinə görə təyin olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR