İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu şəhər yanlış yerə inşa edilib, fəlakət olarsa...” –Cəlal Şəngör

2175 23.02.2023 18:39 Gündəm A A

Türkiyəli professor Cəlal Şəngör sosial şəbəkədə fay xətti üzərində ev tikilib-tikilməməsi mövzusunda sualları cavablandırıb.

Ölkə.Az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, C. Şəngör “Türkiyədə xəritəyə baxanda, bu vilayətdə urbanizasiya edilməməli, binalar tikilməməlidir” dediyiniz ən diqqət çəkən şəhərlər hansılardır” sualına cavab verib.

“Məsələn, Ərzincan. Hətta 1939-cu il zəlzələsi olanda İhsan müəllim, İsmət İnönüyə o zaman söylədiyini, şəhəri köçürmək lazım olduğunu demişdi.

İnönü də, dövlətimizin indiki iqtisadi gücü bütün şəhəri daşımağa çatmadığını demiş, səbəb kimi Ərzincanın çökəklik düzündə yerləşdiyini söyləmişdi”,- deyə C.Şəngör əlavə edib.

Professor qeyd edib ki, şəhəri köçürmək mümkün olmadığı üçün zəmin yaxşı araşdırılmalı və binalar buna uyğun tikilməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR