İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Rusiyaya və Paşinyana sərf edir” - Dunamalyan

1126 27.10.2023 15:18 Son xəbər A A

“Ermənistan hakimiyyəti Moskvanın onları ittiham etdiyi kimi, “geosiyasi əksi” işə salmağı planlaşdırırmı?”

Musavat.com xəbər verir ki, erməni ekspert Norayr Dunamalyan yerli mətbuata müsahibəsində bu barədə danışıb.

“Ermənistan-Rusiya münasibətləri pisləşəcək nöqtəyə doğru irəliləyir. Buna həm Rusiya Federasiyasının qeyri-uzaqgörən siyasəti, həm də Ermənistan baş nazirinin hakimiyyəti saxlamaq istəyi səbəb olub. Yəni nə qədər qəribə olsa da, indiki məqamda münasibətlərin korlanması həm Qarabağdakı fəaliyyətsizliyini İrəvanın “qeyri-dost” hərəkətləri ilə əsaslandıran Rusiya rəhbərliyinə, həm də Rusiyanı müttəfiq kimi davranmamaqda suçlayan Nikol Paşinyana sərf edir. Əslində isə hər iki tərəf Cənubi Qafqaz regionunda qüvvələr balansının saxlanılması və xarici qüvvələrin regiona daxil olmasına şərait yaradır. Bu isə Ermənistana qarşı hərbi əməliyyatların bərpası və Rusiyanın regiondan birdəfəlik sıxışdırılması ilə (ən azı siyasi baxımdan) nəticələnə bilər”, - deyə erməni ekspert qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR