İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonda əməliyyat keçirildi –2 nəfər saxlanıldı

1275 01.05.2026 11:45 Son xəbər A A

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR