İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkənin tanınmış klubu azərbaycanlı futbolçu ilə danışıqlara başladı

905 14.06.2023 11:15 İdman A A

İsveç yüksək liqasında yarışan "Kalmar"ın heyətini Ayxan Cabbarovla gücləndirmək istədiyi barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, artıq "Kalmar" rəsmiləri futbolçunun agenti ilə danışıqlara başlayıb.

Eyniadlı şəhərin təmsilçisinin skautları mövsüm başlayandan Cabbarovun formasını geyindiyi komandanın bütün ev görüşlərini izləyib.

"Kalmar"ın çalışdırıcısı Henrik Yensen Cabbarovun iyun-iyul aylarında transfer edilməsini rəhbərlikdən xahiş edib.

Artıq danışıqlar aparılır. Əgər hər hansı problem çıxmasa, Cabbarov adıçəkilən komandada çıxış edəcək. "Göteborq" yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi "Savedalens" formasını geyinir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR