İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələrin erməni təxribatlarında rolu var

1158 06.03.2023 14:46 Gündəm A A

“Almaniyanın nasist keçmişindən utanc duymağı onu siyasi səhvlərə düçar edir”.

Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

38jpg-1675068165.jpg (232 KB)

Alman kanslerin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə yönəlmiş mövqeyindən bəhs edən T.İsmayılov qeyd edib ki, burada məsələnin digər tərəfi də var: “Almaniya fərqli coğrafiyalarda siyasi qərarlar qəbul edə bilmir. Bugünkü Almaniya özünü Fransanın forpostu kimi aparır. Digər tərəfdən, Britaniyanın “Brexit” qərarından sonra Avropa İttifaqı daxilində yarımçıq təşəbbüslərlə çıxış edir. Nəhayət, üçüncü tərəfdən, Almaniya Ermənistan mövzusunda Türkiyəyə qısqanclıq faktorundan gen-bol bəhrələnməyə çalışır”.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistana göndərilən casus-patrul xidmətinin tərkibində almanlar da var.

Politoloq: “Bizi düşündürən ritorik bir sual da var: Almaniya polisinin Ermənistan ərazilərində nə işi var? Görürük ki, rəsmi Berlin bölgə siyasəti və region tarixi haqqında yarımçıq bilgilərə malikdir. Eyni zamanda Almaniyada yaşayan çoxsaylı türk kontingentini və Türkiyə diasporasını nəzərə almamaq da Almaniya üçün yaxşı heç nə vəd etmir. Fransa və Almaniyanın Ermənistan ərazilərində peyda olmağından qısa müddət sonra separatçılar silah tuşlayır. Azərbaycan Şərqi Avropadan Mərkəzi Asiyaya qədər böyük siyasi-iqtisadi güc formalaşdırıb. İndi isə Almaniya və Fransa kimi provokatorları qorxudan Türk birliyi nüansı ortaya çıxıb. Bu yaxınlarda Türk Dövlətləri Təşkilatının geniş iclasında yəqin ki, bu təxribatlara da toxunulacaq. Həmçinin, geosiyasi rəqiblər olan Fransa, İran və Rusiya Ermənistandan istifadə etmək üçün ortaq mövqe nümayiş etdirirlər”.

Qarabağdakı son təxribatlara Rusiyanın hərbi kontingentinin biganə, seyrçi mövqedən yanaşmasına gəldikdə, STM əməkdaşı bunu səbəbsiz saymır: “Rus sülhməramlıları vaxtının başa çatdığını görür və bu səbəbdən Xankəndidən separatçılığın kəsilməsini gecikdirmək üçün əlindən gələni etməyə çalışır. Erməni təxribatlarında sadalanan ölkələrin hər birinin rolu var”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR