İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə rus adları DƏYİŞDİRİLİR

3666 29.12.2023 14:48 Dünya A A

Qazaxıstanda bir neçə rayon və kəndin adı dəyişdiriləcək.

Musavat.com Pavlodarnews.kz-ə istinadən xəbər verir ki, Pavlodar vilayətində bir neçə kəndə yeni ad veriləcək.

Məlumata görə, yerli deputatlar yeni adlara yekdilliklə səs veriblər.

Belə ki, məşhur qazax musiqiçisi Skriptonitin doğulduğu Leninski kəndinin adı dəyişdiriləcək. Kəndin yeni adı Atameken olacaq. Deputatlar həmçinin Jelezinski rayonunun Ozernovski kənd dairəsi və Ozernoye kəndinin yeni adlarını (Maylı) təsdiqləyiblər.

Bundan əlavə, Bobrovski kəndi Janabet, Fedorovski rayonu, Tomarlı rayon mərkəzi və Vernenski rayonu Altay adlandırılacaq.

Qeyd edək ki, adların dəyişdirilməsi noyabrın 23-də rayon onomastika komissiyasının iclasında müzakirə olunub, müsbət qərarlar verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR