İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə müxalifət lideri boynundan BIÇAQLANDI - ŞOK GÖRÜNTÜLƏR

1000 02.01.2024 07:43 Dünya A A

Cənubi Koreyanın müxalif “Toburo” Demokratik Partiyasının lideri Li Çje Myun Busan şəhərinə səfəri zamanı hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, mətbuat konfransı zamanı siyasətçiyə naməlum şəxs bıçaqla hücum edib. O, partiya liderinin boynuna xəsarətlər yetirib.

Məlumata görə, hadisədən 20 dəqiqə sonra müxalifət lideri xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb.

Demokrat Partiyasının nümayəndəsi bildirib ki, Li Çje Myun hazırda huşunu itirib və xəstəxanada müalicə olunur.

Cənubi Koreya prezidenti Yun Sok Yol müxalifət liderinə hücumu qəbuledilməz adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR