İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə bir gündə mindən çox zəlzələ oldu - FOTO

658 11.11.2023 03:19 Dünya A A

İslandiyada son bir həftə ərzində minlərlə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə İslandiyanın Milli Meteorologiya Xidməti məlumat yayıb. Həftə ərzində minlərlə zəlzələdən sonra həftə sonu seysmik aktivliyin artacağı barədə xəbərdarlıq edilib. 

Xidmətin hesablamalarına görə, maqnitudası 4,8-ə qədər olan 1400-ə yaxın zəlzələ isə sadəcə 24 saat ərzində qeydə alınıb.

Məlumatda həmçinin qeyd olunub ki, İslandiya Mülki Müdafiə Agentliyindən bir nümayəndə mümkün evakuasiyaya hazırlaşmaq üçün Grindavik şəhərinə göndərilib. 

 

Musavat.com

photo_2023-11-10_21-38-55.jpg (116 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR