İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə qan gölünə çevriləcək: "Hələ ən yüngülü olacaq, noyabrda..." - ŞOK

22923 17.03.2024 15:40 Dünya A A

"2024-cü il seçkilərində uduzsam, ABŞ “qan gölünə” çevriləcək".

Musavat.com NBC News-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp xəbərdarlıq edib.

Bu fikirlər Ohayo ştatının Vandalia şəhərində keçirilən mitinqdə avtomobil istehsalına görə Çinlə artan ticarət müharibəsi ehtimalının müzakirəsi zamanı səslənib.

Bəyanat Trampın ABŞ-dan kənarda istehsal edilən avtomobillərə 100 faiz vergi tətbiq edəcəyini vəd etməsindən və yerli avtomobil istehsalının yalnız seçiləcəyi təqdirdə qorunacağını iddia etməsindən sonra verilib.

Tramp deyib:

240316-trump-ohio-rally-rc-916P.jpg (179 KB)

"Biz sərhədi keçən hər avtomobilə 100% vergi qoyacağıq. Noyabrda mən seçilməsəm, bu ölkə "qan gölü"nə çevriləcək və hələ bu, ən yüngülü olacaq”.

Şərh Meksikada avtomobil sənayesi, həmkarlar ittifaqları, elektromobillərə keçid və avtomobil zavodları ilə bağlı uzun sürən müzakirələr fonunda gəlir. Tramp bu ay CNBC-yə açıqlamasında demişdi ki, Meksikadakı Çin fabriklərində istehsal olunan avtomobillərə 50% rüsum tətbiq edəcək.

Prezident Coe Baydenin seçki kampaniyasının sözçüsü Ceyms Sinqer Trampın “qan gölü” ifadəsi işlətməsinə reaksiya verib: "Donald Tramp budur: 7 milyondan çox səslə məğlub olan və daha geniş auditoriyaya müraciət etməkdənsə, siyasi zorakılıq təhdidlərini ikiqat artıran, uduzan adam..."

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR