İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Yaxın Şərqdəki vəziyyətlə bağlı BMT TŞ-nin iclası keçiriləcək

292 06.11.2023 12:10 Dünya A A

Bu gün BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə BƏƏ-nin BMT-dəki missiyasından bildirilib.

Qeyd olunub ki, toplantı BƏƏ və Çinin təşəbbüsü ilə keçiriləcək. İclasda HƏMAS-la İsrail arasında davam edən müharibə müzakirə olunacaq.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl BMT TŞ Yaxın Şərqdəki durumu oktyabrın 24-də müzakirə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR