İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu evin əsl sahibi hər kəsi ŞOK etdi - FOTO

2591 24.07.2023 20:04 Maraqlı A A

İyulun 22-də Moskva yaxınlığında, Novorijskoye Şossedəki Şervud kotec kəndində bir basqınçı tərəfindən ələ keçirilən ev Ukraynanın keçmiş baş prokuroru Gennadi Vasilyevin ailəsinə məxsus olub.

Musavat.com xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” yazır.

Evin ərazisi onun həyat yoldaşı Larisa Vasilyevaya məxsus “Nika-İnvest” şirkətində qeydiyyatdan keçib.

Ev olduqca bahalı əşyalarla bəzədilib. Rusiyanın teleqram kanallarının məlumatına görə, təkcə bu yaxınlarda onun təmirinə 300 min dollar pul xərclənib.

Xatırladaq ki, iyulun 22-də silahlı şəxs Moskva yaxınlığındakı Şervud kotec kəndindəki evlərdən birini ələ keçirib. O, hücum zamanı öldürülüb. Sonradan onun adının Vyaçeslav Çernenko olduğu məlum olub. Bildirilib ki, o, bu yaxınlarda Ukrayna müharibəsindən qayıdıb.

Yerli sakinlər sözügedən evdə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin bir müddət yaşadığını bildiriblər. Ancaq o, evin sahibi deyil. Son vaxtlar orada heç kim qalmır. Evin Ukraynanın keçmiş baş prokuroruna məxsus olması, üstəlik, burada Viktor Yanukoviçin yaşaması faktı basqının məqsədi ilə bağlı təsəvvürləri dəyişib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR