İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da SON! Ordumuzdan Xocavənd ƏMƏLİYYATI, Vardanyan PƏRT oldu - CANLI

2029 17.08.2023 15:01 Son xəbər A A

Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub.
Vardanyan BMT qərarından pərt olduğunu gizlətmədi

BMT Təhlükəsizlik Şurasının müzakirəsi Laçın dəhlizinin açılması üçün kollektiv çağırış idi, lakin Azərbaycan bu çağırışa məhəl qoymasa, nə baş verəcəyi barədə heç bir söz yox deyilmədi. Fikrimcə, müzakirə və əksər çıxışlar Qarabağdakı vəziyyətin ciddiliyi və gərginliyi ilə müqayisə olunmaz idi. Çıxışların əksəriyyəti elə bir-birini təkrarladı.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Qarabağa ezam olunmuş erməni iş adamı Ruben Vardanyan tərəfindən səslənib.

"Bütün nümayəndələr arasında Fransanın çıxışı daha yaxşı idi. Başqa ölkələr də Azərbaycanı dəhlizi açmağa və BMT məhkəməsinin qərarına əməl etməyə çağırıb. Mozambik isə beynəlxalq ictimaiyyətin məsuliyyətindən danışıb.

Lakin heç kim etnik təmizləmədən kəlmə etmədi. Beynəlxalq mexanizmlər vasitəsilə Bakı-Xankəndi dialoqundan da söz açılmadı. Yalnız Rusiya tərəfi dialoqa eyham vurdu, amma beynəlxalq mexanizmdən bəhs etmədi”,-deyə Vardanyan bildirib.

Deyəsən Ağdam-Xankəndi yolunu açılması barədə çıxışlar erməni “desantı” cin atına mindirib. O, bu məsələnin gündəmə gətirilməsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı tənqid etməyi uutmayıb.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla müzakirə aparır. Tamaşaçılar da söhbətimizə qoşula bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR