İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da SON! İki şəhərdə ümidlər tam tükəndi, ölənlər isə 14 mini keçdi – CANLI

2261 09.02.2023 14:42 Gündəm A A

Türkiyənin zəlzələdəki itkilər artıb. Ölüm sayı 14014, yaralı 63794, dağıntı 6444 binadır. Türkiyənin Qəhrəmanmaraş vilayətində zəlzələdən zərərçəkmiş 28 mindən çox vətəndaş təxliyə edilib. AFAD məlumat yayıb. Məlumata görə, ötən gündən etibarən zərərçəkənlərin 4 min 607 nəfəri dəmiryolu, 23 min 437 nəfəri isə hava yolu ilə bölgədən təxliyə olunub.

Şanlıurfada axtarış-xilasetmə işlərinin tamamlanıb. Şanlıurfadakı axtarış-xilasetmə qrupları dərhal işlərin davam etdiyi digər vilayətlərə göndərilib. AFAD-ın məlumatına görə, Kilis şəhərində də axtarış-xilasetmə işləri başa çatıb.

Paşinyan Aİ müşahidəçilərinin Ermənistana yerləşdirilməsi məsələsində “daha bir incəliyə” toxunub. Onun sözlərinə görə, guya, Aİ müşahidəçilərinin Ermənistana göndərilməsi qərarı verilənədək Bakı Ermənistanı Rusiya ilə birlikdə Azərbaycana qarşı təcavüzə hazırlaşmaqda ittiham edib.

“Qərb tərəfdaşlarımız da bizə çəpəki baxmağa başlamışdılar, deyirdilər ki, siz gerçəkdən də aqressiv hərəkətlərə hazırlaşırsız, çünki Rusiya və Ermənistan əsgərlərini sərhədə yığırsız. Azərbaycana hücuma hazırlaşırsız, azərbaycanlılar yüksəklikləri tutmağa çalışırlar ki, vəziyyəti balanslaşdırsınlar. Biz də dedik ki, lap yaxşı, gəlin yerində baxaq, görək bütün bunlar reallığa uyğun gəlir, yoxsa yox”, – Paşinyan qeyd edib. Onu da deyək ki, mülki missiyanın tərkibində 70 fransız jandarması var.

İran Ermənistan-Azərbaycan sərhədində Aİ müşahidəçiləri və Fransa jandarmlarının yerləşdirilməsinin əleyhinə deyil - İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri belə deyib.
TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində iki mərkəzi mövzunu – zəlzələdən son xəbərləri çatdırır, Cənubi Qafqazdakı prosesləri müzakirə edirik. Qonağımız siyasi ekspert Vaqif Hüseyndir. Müzakirədə tamaşaçılar da iştirak edə bilərlər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR