İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu çimərliklərdə suda boğulma halı olmayıb

481 01.09.2022 18:14 Hadisə A A

Bu il çimərlik ərazilərində suda boğulma halı qeydə alınmayıb.

Musavat.com FHN-in mətbuat xidmətinə əsasən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyində (FHN) keçirilən müşavirə zamanı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin açıqladığı hesabatda bildirilib.

Bildirilib ki, bu, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi vəzifəsini həyata keçirən Xidmətin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Qeyd olunub ki, təhlükəsizlik tədbirləri təkcə Abşeron yarımadasında deyil, digər şəhər və rayonların sahilboyu ərazilərində də həyata keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR