İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN: Düşmən itki verir, sərhədboyu atışma gedir, yeni tunellər qazılır... - CANLI

2150 22.08.2023 15:56 Gündəm A A

Avqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Qarabağda qalan erməni separatçıları Azərbaycan ordusunun bölmələrinə qarşı təxribatçı hücuma hazırlaşırlar. Türkiyənin məşhur “Türkiye Gazetesi” Azərbaycan və Türkiyənin təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Nəşr iddia edib ki, sözügedən mənbələr Ermənistanın sentyabr-oktyabr aylarında yeni təxribat hazırlığında olduğuna dair xəbərləri təsdiqləyib. Məqalədə həmçinin qeyd olunub ki, təmas xəttində çoxlu sayda raket və minaatan qurğular yerləşdirən ermənilər hazırda yeraltı tunellər və səngərlər qazırlar.

Separatçıların Ağdərə, Xocavənd, Xankəndi, Xocalı və Əsgərən rayonlarında bir çox ərazidə mina basdırdıqları bildirilir.

Ermənilər təxribatlar nəticəsində məruz qaldıqları itkiləri yenə ictimaiyyətdən gizlətməyə çalışırlar. Avqustun 21-də Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğu, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlərinin görüldüyü barədə məlumat verilmişdi.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən görülən cavab tədbirləri nəticəsində Vanik Kazaryanın ağır yaralanması barədə məlumatı gizlətməyə çalışıb. Lakin axşam saatlarında erməni hərbi qulluqçunun ölməsi qarşı tərəfin planını alt-üst etdi. Belə ki, hərbi qulluqçu öldükdən sonra saat 22:30-da məlumat verməyə məcbur oldular ki, bir hərbi qulluqçusu saat 15:30-da ölümcül yaralanıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” proqramında aparıcı Emil Salamoğlu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR