İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq Xocalı soyqırımı haqda: "Bu, ən dəhşətli vəhşilik idi"

522 26.02.2023 11:53 Gündəm A A

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfərin öldürüldüyü Xocalı soyqırımı Birinci Qarabağ müharibəsinin ən dəhşətli vəhşiliyi idi. Bu vəhşilik Ermənistan tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə həyata keçirilmişdi".

Bu sözləri Böyük Britaniyanın tanınmış politoloq-jurnalisti Neil Vatson Musavat.com-a açıqlamasında deyib. Britaniyalı politoloq hələ də bu soyıqırımı törədən canilərin cəzasız qalmasını vurğulayıb:

"Həmin zaman hərbi komandan olan, Ermənistanın keçmiş prezidenti, Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində etiraf etmişdi ki, bu qətliamı törətməkdə məqsəd ermənilərin qəsəbə və şəhərləri ələ keçirərkən azərbaycanlı mülki şəxslərin təslim olması üçün xəbərdarlıq idi.

31 il sonra da bu və digər hərbi cinayətlərdən görə heç kim məsuliyyətə cəlb edilməyib. Canilər artıq ya ölüb ya da yaşlıdır, buna görə də Xocalı soyqırımına görə gerçək ədalət olmaya bilər. Bu səbəbdən geriyə qalan canilərin mühakimə olunması, Ermənistanın Qarabağdakı qeyri-qanuni rejimin qalıqlarını qoruyub saxlamaqdan əl çəkməsi, beynəlxalq hüquqa və İkinci Qarabağ Müharibəsindən sonra üçtərəfli sülh müqaviləsinin nəticələrinə hörmətlə yanaşması vacibdir. Həmçinin Rusiya bölgəyə müdaxilə etməyi dayandırmalı, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının baş tutmasına izn verməlidir. Xocalı soyqırımının qurbanlarına sayğı verilən ən böyük hörmət Cənubi Qafqazda sülhün yaradılması olacaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR