İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq: "Quranın yandırılması bütün müsəlmanlar üçün təhqirdir"

604 03.07.2023 19:38 Siyasət A A

"İsveçdə Qurban bayramının ilk günündə Quranın yandırılması bütün müsəlmanlar üçün böyük təhqir və dinlər arasında anlaşmanı pozmağa çalışan təxribatdır".

Bu sözləri Böyük Britaniyanın tanınmış politoloq-jurnalisti Neil Vatson Musavat.com-a açıqlamasında deyib.

nail.PNG (354 KB)

Britaniyalı politoloq bu olayın arxasında hansısa siyasi cərəyanların olduğunu istisna etmədiyini bildirib:

"Təsadüfi deyil ki, İsveçin NATO-ya daxil olmasına mane olan ölkələrdən biri də Türkiyədir. Çünki Türkiyə kəşfiyyatı prezident Ərdoğanın yenidən seçilməsinə etiraz olaraq bayrağı İsveç parlamentinin divarlarına proyeksiya edilən PKK da daxil olmaqla, kürd terror qruplaşmalarının üzvlərinə İsveçdə fəaliyyət göstərməsinə icazə verildiyini müəyyən edib. İsveç bu il antiterror qanunlarını dəyişsə də, rəsmi Ankara bunun kifayət etmədiyini iddia edir.

Məhz Ərdoğan seçildikdən sonra və Qurban bayramının ilk günündə İsveç hökuməti Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranın yandırılmasını dəstəkləyib.

Həmçinin Rusiyanın İsveç-Türkiyə münasibətlərinə təsir göstərməyə və NATO-nu zəiflətməyə çalışması mümkündür. Maraqlıdır ki, Türkiyə ilə Finlandiya və İsveç arasında görüşlər iyulun 6-da baş tutacaq və bu, Türkiyənin Rusiya ilə münasibətləri saxlamaqdansa getdikcə daha çox NATO-ya üstünlük verdiyinə işarə ola bilər".

Qeyd edək ki, Türkiyə İsveçdən antiterror qanunvericiliyinin praktiki olaraq sərtləşdirilməsini və Türkiyədə terrorçu kimi tanınan şəxslərin ekstradisiyasını tələb edir.

Xatırladaq ki, İsveçin NATO-ya üzv olmaq istəyi hələ də Türkiyənin razılığını almayıb və bu yaxınlarda Stokholmda Quranın yandırılması hadisəsi təkcə Türkiyədən deyil, müsəlman ölkələrindən də kəskin tənqidlərə səbəb olub.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR