İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq: “Bu, Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edəcək... “

944 26.04.2023 13:28 Son xəbər A A

"Laçın-Xankəndi yolunda Azərbaycan sərhəd-buraxılış məntəqəsinin açılışı çox vacib və vaxtında atılmış addımdır”.

Bu barədə tanınmış Britaniyalı politoloq-jurnalist Neil Vatson Musavat.com-a açıqlamasında deyib. Britaniyalı politoloq xatırladıb ki, Ermənistan Laçın-Xankəndi yolundan qeyri-qanuni silah, dərman və başqa qadağan olunmuş vasitələri Qarabağ bölgəsində yaşamağa davam edən ermənilərə çatdırıb:
“İlk öncə bu məsələnin qarşısı alınmış olacaq. Biz ötən həftə Qarabağ ərazisində piyada əleyhinə basdırılmış minaların partlaması nəticəsində üç azərbaycanlı hərbiçinin öldüyünü, daha üç hərbiçinin yaralandığının şahidi olduq. Məlum olub ki, həmin minaların üzərindəki tarix 2021-ci ilə aiddir. Yəni, həmin partlayıcı vasitələr üç tərəfli atəşkəsin imzalanmasından sonra ərazidə basdırılıb. Bu da onu göstərir ki, Ermənistan sülhə ciddi yanaşmır.

Beləliklə, düşünürəm ki, sərhəd-buraxılış məntəqəsinin açılışı Qarabağ ərazisinə qeyri-qanuni, qadağan olunmuş vasitələrin, silahların gətirilməsinin qarşısını birdəfəlik alacaq və Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur edəcək. Bu, həm də Qarabağda yaşamaqda davam edən ermənilər tərəfindən Azərbaycanın təbii sərvətlərinin sonrakı istismarını da dayandıracaq”.

Britaniyalı politoloq həmçinin qeyd edib ki, sərhəd-buraxılış məntəqəsinin açılması dünyaya humanitar yüklərin çatdırılması ilə bağlı heç bir blokadanın olmadığını göstərir: “Bundan başqa Rusiyanın və müəyyən qədər İranın dəstəklədiyi Ermənistanın bu keçid məntəqəsinin yaradılmasına razı olması onların sülh və sülh sazişinin yeganə irəliləyiş olduğunu başa düşdüyünü göstərir.

Mən ümid edirəm ki, iki tərəf - Azərbaycan və Ermənistan öz maraqlarını güdən üçüncü tərəfləri cəlb etmədən uzunmüddətli sülh sazişi hazırlamaq üçün danışıqlar masasına qayıdacaqlar. Dəfələrlə qeyd etdiyim kimi Paşinyanın özü də bilir ki, sülh onun ölkəsi üçün yeganə çıxış yoludur. Ermənistan Rusiya və İranın dəstəyinin kənara qoymalı, Azərbaycanla razılaşma üçün sülh müqaviləsi imzalamlıdır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR