İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada minlərlə restoran BAĞLANIR - SƏBƏB

2820 14.01.2024 21:45 Dünya A A

CGA konsaltinq qrupunun məlumatına görə, Böyük Britaniyada kommunal ödənişlər və kirayə xərclərinin artması səbəbindən minlərlə restoran və bar bağlanır.

Musavat.com xəbər verir ki, bu barədə "Independent" qəzeti yazır.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Böyük Britaniyada gündə 10-dan çox belə müəssisə bağlanıb. Eyni zamanda, belə müəssisələrin ölkədəki ümumi sayı ilk dəfə olaraq 100 mindən aşağı düşüb.

Məlumata görə, Britaniyada restoran və barların bağlanmasına səbəb olan digər amillərə ərzaq qiymətlərinin artması və kadr çatışmazlığı daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR