İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada BOMBA HƏYƏCANI - Minlərlə insan təxliyə edildi

420 24.02.2024 17:55 Hadisə A A

Britaniyanın cənubundakı Plimut liman şəhərində İkinci Dünya Müharibəsindən qalma 500 kiloqramlıq partlamamış bomba təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün dənizə aparılıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, sakinlər evakuasiya əməliyyatından əvvəl Keyham və Devonportun bəzi ərazilərini tərk etmələri ilə bağlı təcili xəbərdarlıq alıblar.

Məlumata görə, əməliyyat zamanı on mindən çox sakin təxliyə edilib, qatar və avtobusların hərəkəti dayandırılıb.

Sözügedən bombanın sabah məhv edilməsi gözlənilir.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps son dərəcə mürəkkəb əməliyyatda iştirak edənlərə təşəkkür edib.

Qeyd edək ki, Plimut şəhəri 1940-cı ilin iyulunda alman bombardmançılarının əsas hədəfi olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR