Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə vasitələrinin verildiyini rəsmən təsdiqləyib.
Musavat.com xəbər verir ki, "UK Defence Journal" nəşrinin məlumatına görə, London Kiyevə 13 ədəd "Raven" hava hücumundan müdafiə sistemi ötürüb.
Bununla yanaşı, Böyük Britaniya "Gravehawk" komplekslərinin tədarükünə də başlayıb. Ukrayna artıq bu tipdən 2 sistem alıb, yaxın dövrdə isə daha 15 kompleksin göndərilməsi planlaşdırılır.
Məlumata görə, "Raven" HHM sistemləri əsasən cəbhə xətti yaxınlığında pilotsuz uçuş aparatlarına, təyyarə və helikopterlərə qarşı mübarizə üçün nəzərdə tutulub. "Gravehawk" kompleksləri isə uzaqmənzilli zərbələrdən qorunma məqsədilə enerji obyektlərini və iri şəhərləri müdafiə edir.
Qeyd olunur ki, bu addım Ukraynanın hava məkanının qorunmasını gücləndirməyə və Rusiya hücumlarının təsirini minimuma endirməyə yönəlib.
Musavat.com






