İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatından Rusiya ilə bağlı ŞOK PROQNOZ - 2025-ci ilə qədər...

2621 30.12.2023 16:36 Dünya A A

2025-ci ilə qədər Rusiyanın Ukrayna ilə müharibədə itkilərinin ümumi sayı 500 min həddi keçəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi Hərbi kəşfiyyatının dekabrın 30-da verdiyi raportda deyilir.

Sənəddə qeyd olunur ki, 2023-cü ildə ölən və yaralanan Rusiya hərbçilərinin orta gündəlik itkisi gündə təxminən 300 nəfərə çatıb ki, bu da 2022-ci illə müqayisədə çoxdur.

“Bütün bunlar əslində Rusiya ordusunun deqradasiyaya uğramasının və onun daha aşağı keyfiyyətli və daha çox “kütləvi ordu”ya çevrilməsinin sübutudur. İndi Rusiyaya yüksək peşəkar və təcrübəli bölmələrin tamamlanmasını bərpa etmək üçün 5-10 il vaxt lazımdır”, - deyə kəşfiyyat hesabatında bildirilir.

Analitiklərin fikrincə, indiki itki nisbəti 2024-cü ilə qədər davam edərsə, 2025-ci ilə qədər Rusiyanın itkiləri yarım milyondan çox olacaq.

Britaniya kəşfiyyatı rusların Əfqanıstandakı 9 il müharibəsi zamanı 70 minə yaxın insan itirdiyini xatırladıb.

Xəbər verildiyi kimi, dekabrın 30-na olan məlumata görə, işğalın əvvəlindən Rusiya ordusunun itkilərinin ümumi sayı 358 270 nəfərdir.

Xatırladaq ki, Rusiya Federasiyası Xarkov vilayətində Sinkovka yaxınlığında şəxsi heyətin və Rusiya texnikasının məhv edildiyini təsdiqləyib. Rusiyalı təbliğatçılardan biri Ukrayna müdafiəçilərinin bunu “35 saniyəyə” həll etdiyini söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR