İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya bir ildə Ukraynaya 3,2 milyard dollarlıq hərbi yardım verəcək

354 04.03.2024 23:42 Dünya A A

Böyük Britaniya Ukraynaya artilleriya sursatları tədarük edəcək və onun böyük hissəsi xaricdən alınacaq.

Bu barədə Kiyevə 245 milyon funt sterlinq (310 milyon dollar) məbləğində yeni yardım paketi ilə bağlı əvvəlki bəyanatı şərh edən Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi bildirib.

Hipp qeyd edib ki, Britaniya əvvəllər də xaricdəki tədarük zəncirlərinin təfərrüatlarını açıqlamayıp və indi də “əməliyyat təhlükəsizliyi baxımından” bunu davam etdirəcək.

Krallığın Müdafiə Nazirliyinin rəis müavini əlavə edib ki, bu sursat növbəti maliyyə ili ərzində (2024-cü il aprelin 6-dan 2025-ci il aprelin 5-dək) Ukraynaya veriləcək. 2024-2025-ci maliyyə ilində Britaniyanın Kiyevə hərbi yardımının həcmi 2,5 milyard funt sterlinq (3,2 milyard dollar) təşkil edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR