İnsanlara hürriyət, millətlərə istiqlal!

Brilliant Dadaşova: “Yenə acı xəbər aldıq...”

911 21.02.2023 15:42 Şou-biznes A A

“Çox heyf, gözəl xəbərlərə ehtiyacımız olan günlərdə yenə acı xəbər aldıq. Daha bir Xalq artisti, Ramiz Novruz səhnəmizi tərk etdi”.

Musavat.com xəbər verir ki, bu sözləri Brilliant Dadaşova ötən gecə dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla bağlı sosial şəbəkədə qeyd edib.

Müğənni Xalq artistinin vəfatının teatr səhnəsi üçün böyük itki olduğunu bildirib:

“Bir sənət insanının yetişdirilməsi illərlə zaman, əzm, zəhmət tələb edir. Dəyər vermək qabiliyyəti isə mədəniyyəti, sənəti anlayan, ruhu gözəl insanların səviyyə göstəricisidir”.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ramiz Novruz ötən gecə 67 yaşında dünyasını dəyişib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR