İnsanlara hürriyət, millətlərə istiqlal!

Bred Pitt 60 yaşını 6 min dollarlıq köynəkdə qeyd edib

765 21.12.2023 14:37 Dünya A A

Amerikalı aktyor və kinoprodüser Bred Pitt yubileyini dəbdəbəli geyimdə qeyd edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ötən həftəsonu məşhur aktyor 30 yaşlı sevgilisi İnes de Ramonla birlikdə Parisdə olub. Onlar aktyorun 60 yaşını qeyd etmək üçün bu həftənin əvvəlində Los-Ancelesə qayıdıblar. Məlumata görə, paparassilər cütlüyü tədbir keçirildiyi yerin yaxınlığında görüblər.

Yayılan kadrlardan görünür ki, Pitt axşam məclisi üçün ağ paltar və qara tayt seçib. Öz növbəsində “Döyüş klubu”nun ulduzu qara şalvar və qızıl naxışları əllə çəkilmiş kəşmir köynək geyinib. Oxşar modelin qiymətinin 6 min dollar olduğu bildirilir.

İyul ayında məşhur vizajist Laura Kay Bred Pittin gənc görünüşünün sirlərini açıqlamışdı. Onun fikrincə, aktyor dərisinə təravət verməyə kömək edən botoks iynələrinə və pilinqlərə müraciət edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR