İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya gələn il Putini G20-nin sammitinə dəvət edəcək

334 05.12.2023 11:30 Dünya A A

Braziliya hakimiyyəti Rusiya prezidenti Vladimir Putini 2024-cü ilin sentyabrında Cənubi Amerika ölkəsində keçirilməsi planlaşdırılan “G-20” (“Böyük iyirmilik”) sammitinə dəvət edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə bazar ertəsi respublika prezidenti Luiz İnasio Lula da Silva məlumat verib.

Xəbəri maraqlı edən nüans odur ki, Braziliya Rusiyanın hərbi cinayətlərdə iştirak etməkdə ittiham olunan lideri Putini həbs etmək qərarına gələn Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır. Yəni Putin Braziliyaya getsə, yerli hökumət onu həbs edərək BCM-ə verməlidir.

“Putin gəlsə də, gəlməsə də, onu dəvət edəcəklər. Onun barəsində məhkəmə prosesi gedir, o, nəticələrini qiymətləndirməlidir”, - yerli “Correio Brasiliense” qəzeti dövlət başçısının sözlərindən sitat gətirir. "Roma Əsasnaməsini imzaladığı üçün Braziliya məsuliyyət daşıyır".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR