İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanan kişinin avtomobilinə yazdığı sözlər gündəm oldu – sürücülərdən bunu istədi - FOTO

2188 26.08.2025 09:50 Dünya A A

Türkiyənin İzmir şəhərinin küçələrində qeyri-adi bir hadisə yaşanıb. Həyat yoldaşından boşanan bir kişi, avtomobilinin arxasına asdığı pankartla həm şəhərdə, həm də sosial mediada böyük maraq doğurub.

Kişi avtomobilinin arxa şüşəsinə "Boşandım, qeyd etmək üçün siqnal verin" sözlərinin yazıldığı pankart asıb.

Pankartın görüntüləri qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılaraq minlərlə nəfərin paylaşımına səbəb olub.

Hadisəyə sosial mediada bəziləri zarafatla yanaşsa da, bir çox izləyici bu cür "qeyd etmə" üsulunu təəccüblə qarşılayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR