İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrell “Hizbullah”ın yüksək səviyyəli nümayəndəsi ilə görüşüb

378 07.01.2024 14:32 Dünya A A

Aİ diplomatiya rəhbəri Josep Borrell Livanın İsrail və HƏMAS arasında müharibəyə cəlb edilməsinin qarşısını almaq üçün yanvarın 6-da Beyrutda “Hizbullah” hərəkatının liderləri ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat yayıb.

Məlumata əsasən, Josep Borrell “Hizbullah” hərəkatının parlament blokunun rəhbəri Məhəmməd Raad ilə danışıqlar aparıb. Görüşün baş tutduğunu Aİ-dəki mənbələr də təsdiqləyib.

Livanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Borrell bunları söyləyib: “Livanın regional münaqişəyə cəlb olunmasının qarşısını almaq tamamilə lazımdır. Mən İsrailə bu mesajı göndərirəm: regional münaqişədən heç kim fayda görməyəcək”.

Xatırladaq ki, HƏMAS-ın Beyrutdakı ofisinə pilotsuz təyyarənin hücumu nəticəsində təşkilatın siyasi bürosunun sədr müavini Saleh əl-Aruri də daxil olmaqla, 4 nəfər həlak olub. Livanda HƏMAS-ın yüksək rütbəli məmuru Üsamə Həmdanın da qətlə yetirilməsi xəbəri yayılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR