İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstandan Ukraynaya qarşı SƏRT ADDIM

1351 16.04.2023 23:24 Son xəbər A A

Bolqarıstan hökuməti Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoyulmasını müzakirə edir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Bolqarıstan kənd təsərrüfatı naziri Yavor Qeçev bildirib.

Yavor Qeçev deyib ki, Bolqarıstan Nazirlər Kabinetində Macarıstan və Polşa kimi Ukraynadan taxıl idxalına qadağa müzakirə olunur: “Bolqarıstanın marağını qorumaq vacibdir. Əgər iki dövlət belə addım atırsa, biz bunu etmiriksə, o halda ərazimizdə Ukrayna taxılının həcmi atacaq”.

Nazir ehtimal edir ki, aprelin 18-də – çərşənbə axşamı qərarın qəbulu üçün zəruri informasiyalar toplanacaq, eni zamanda Bolqarıstan Prezidenti Rumen Radevlə müzakirə aparılacaq.

Qeyd edək ki, Avropa Komissiyası Polşa və Macarıstanın birtərəfli qaydada Ukraynadan taxıl idxalına qadağa qoymasını qəbuledilməz sayıb.

Xatırladaq ki, Polşa aprelin 15-də Ukraynadan kənd təsərrüfatı məhsullarını idxalına müvəqqəti qadağa qoyub. Həmin gün Macarıstan da anoloji qərar qəbul edib.

Bundan əvvəl aprelin 1-də “Associated Press”in yaydığı məlumatda bildirilmişdi ki, Macarıstan, Polşa, Rumıniya, Slovakiya və Bolqarıstan bu ölkələrdən toplanmaqda olan Ukrayna taxılı ilə bağlı problemlə əlaqədar Avropa İttifaqına müraciət edib. Bu ölkələr Avropa İttifaqından humanitar məqsədlərlə taxılın alınması və nəqliyyat infrastrukturunun inkişafının sürətləndirilməsi üçün dəstək göstərilməsi imkanlarının araşdırılmasını istəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR